Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda COVİD-19 ilə mübarizə üzrə nəzərdə tutulan tədbirlərin monitorinqi keçirilib

01 iyun 2020 | 16:00

Naftalan şəhərində ticarət, iaşə və xidmət obyektlərində TƏBİB tərəfindən hazırlanmış metodik göstərişlərdə qeyd olunmuş zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər keçirilib.
      Aparılan monitorinq zamanı xidmət sahələrində çalışan işçilərlə maarifləndirmə söhbətləri aparılıb, xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vacibliyi vurğulanır.
      Diqqətə çatdırılıb ki, mövcud vəziyyətlə əlaqədar olaraq işçi heyətinin mütəmadi olaraq maarifləndirilməsi, infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı bir sıra tədbirlərin görülməsi labüddür. Habelə, xidmət sahələrində ümumi istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsinin əhəmiyyəti də qeyd edilib.

 

Keçidlər