Naftalanda Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən aztəminatlı ailələrə ərzaq sovqatları paylanılıb
Naftalanda AzQAC tərəfindən xüsusi karantin rejimi dövründə xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə və təqaüdçülərə ərzaq sovqatları paylanılıb.
Naftalan Şəhər İcra Hakimiyyətinin qaynar xətt xidmətinə və elektron poçt ünvanına daxil olmuş müraciətlər əsasında tərtib edilmiş siyahıya uyğun olaraq ərzaq məhsullarından ibarət sovqatlar Şəhər İcra Hakimiyyətinin və AzQAC-ın Goranboy-Naftalan şəhər bölməsinin əməkdaşları tərəfindən qeyd olunan kateqoriyadan olan 30 ailənin ünvanına çatdırılıb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.