Ölkəmizin iqtisadiyyatının inkişafı dövlət-vətəndaş həmrəyliyinə böyük töhvə verir
Azərbaycanda iqtisadiyyat dinamik inkişaf etdikcə buna paralel olaraq iqtisadi fəaliyyətin və gəlirlərin şəffaflaşdırılması istiqamətində həyata keçirilən tədbirlər “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına zəmin yaradır. Hazırda hökumət əhalinin məşğulluğunun, maliyyə-bank sektorunun sağlamlığının qorunması, iqtisadi artımın yenidən bərpa olunması üçün gələcək planlar hazırlayır.
Postpandemiya dövründə qərarların vaxtında verilməsi onu göstərir ki, hökumət sağlam, dayanıqlı və rəqabət qabiliyyətli iqtisadiyyat formalaşdırır. Sahibkarılq subyektlərini “kölgə”də deyil “ağ” iqtisadiyyatda fəaliyyət göstərən, vergiləri ödəyən işçilərin sosial müdafiəsini təmin edən, işçiləri əmək müqaviləsi ilə işə cəlb edən bir quruma çevirməyə çağırır.
Hazırda ölkəmizdə 1 milyon 555 min əmək müqaviləsi var ki, bunun da 915 min nəfəri dövlət və neft sektorunda qalan 640 min nəfəri isə qeyri-dövlət sektorundadır. Dövlət dəstəyi nəticəsində pandemiyadan zərər çəkmiş 304 min işçinin çalışdığı 44 min sahibkarlıq müəssisəsi dövlət dəstək proqramı vasitəsilə həmin işçilərin əmək haqlarının əhəmiyyətli hissəsinin ödənilməsi təmin edilmişdir. Pandemiya dövrünün qiymətlənirilməsi göstərir ki, karantin rejimi 11 fəaliyyət istiqamətinə 100 faiz təsir edib. Bunlar ictimai-iaşə, xidmət, turizm, hotellər, əyləncə mərkəzləri, nəqliyyat və sair sahələrdir. Eyni zamanda pandemiya dövründə 290 mindən çox mikro və fərdi sahibkarlar bu proqramlarla əhatə olunmuşlar. Bu sektorun qorunub saxlanılması üçün Dövlətin birbaşa dəstəyi ilə bu proqramda 600 minə yaxın insan əhatə edilmişdir. Koronavirusun dünya ölkələrini ağır itkilərə məruz qoyduğu günlərdə Prezidentimizin təşəbbüsü ilə Koronavirusa Dəstək Fondunun yaradılması və bu fonda 20 milyon manat vəsait ayırması, möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın 1 illik məvaciblərini bu Fonda ianə etmələri, iqtisadiyyatın tənzimlənməsi və digər tədbirlərin görülməsi dövlət başçısının daima Azərbaycan vətəndaşının yanında olduğunun bariz nümunəsidir.
Möhtərəm Prezidentimiz 2019-cu ilin sosial-iqtisadi yekunlarına dair keçirilən video müşavirədə 2020-ci ildə 12 min ailənin özünəməşğulluq proqramına cəlb edilməsini, bu proqramı genişləndirilməsi və icrasını sürətləndirilməsi üçün hökümətə öz tövsiyə və tapşırıqlarını verib. Bunun üçün İşsizlikdən Sığorta Fondundan özünəməşğulluq proqramını yerinə yetirilməsi üçün 70 milyon manat vəsait ayrılıb. Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə də əməkdaşlıq edilir. Bu əməkdaşlıq çərçivəsində hər il 250 ailənin özünəməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur.
Pandemiya dövründə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektorunda 910 min, özəl sektor üzrə 719 min işçinin əmək haqqı saxlanılmaqla məşğulluğu təmin edilib. Bu dövrdə əsassız ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib. Müəyyən edilmiş kvota çərçivəsində həyatı vacib olan qurumların fəaliyyətinin davam etdirilməsi üçün minumum sayda işçi cəlb olunub. Əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilən digər işçilərin gəlirlərinin davamlılığı təmin edilib. Pandemiya ilə əlaqədar qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisara yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması diqqətdə saxlanılmışdır.
Aprel-may aylarında DOST İş Mərkəzi vasitəsilə 50 min ödənişli ictimai iş yerlərinin yaradılmasına başlanılmış və bu məqsədlə 30 milyon manat vəsait ayrılmışdır. Təkcə 2020–ci ilin ötən dövründə Ünvanlı Sosial Yardım alan ailələrin sayında 12 min artım olub ki, bu da hazırda ümumilikdə respublika üzrə 82 mindən çox ailənin 342 min üzvünü əhatə etmişdir. Karantin rejmi müddətində üvanlı sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejmi başa çatdığı tarixdən sonrakı ayın birinədək uzadılmışdır.
Aztəminatlı ailələrin problemlərinin daha geniş həll olunması üçün 200 min insana dövlətdən 190 manat alacağı planlaşdırılsa da sonradan Möhtərəm Cənab Prezident bu insan sayının 600 minə çatdırılması barədə tapşırıq vermişdir. Bunun nəticəsidir ki, ölkəmizdə 600 min aztəminatlı ailələrin üzvlərinə iki ay ərzində hər ay 190 manat ödənilmişdir.
Koronavirus dövrünün “acı nəticələri”ni nəzərə alaraq şəhərimizidə fəaliyyət göstərən sahibkarlar öz fəaliyyətlərini tam şəffaflaşdırmışlar. Öz fəaliyyətlərində şəffaflığı təmin edən sahibkarlarımız və vətəndaşlarımız gələcəkdə baş verə bilən bütün təsirlərdən özlərini qorumaq üçün qeyri-formal fəaliyyət göstərməməyi, dövlətin yaratdığı imkanlardan səmərəli istifadə etməyi və dövlət başçısı ilə həmrəy olduqlarını nümayiş etdirirlər. Şəhərimizdəki sahibkarlar bir daha iqtisadi fəaliyyətlərinə məsuliyyətlə yanaşmağı və nizam-itizama üstünlük verilməsini ön plana çəkmişlər.