Şriftin ölçüsü :

Saytın rəngi :

16, 17, 19 və 20 nömrəli çoxmərtəbəli yaşayış binalarının sakinləri ilə səyyari görüş keçirildi.

13 fevral 2014 | 16:00

 

       Naftalan şəhər İcra Hakimiyyətinin başçısı  növbəti səyyari görüşünü 16, 17, 19 və 20  nömrəli çoxmərtəbəli yaşayış binalarının sakinləri ilə keçirib.Bu görüşdə də  şəhər rəhbəri ilə yanaşı, şəhər icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri də iştirak etmişdir.
     Qəbula gələn vətəndaşlar yaşadığı binanın yağış-su ötürücülərinin təmizlənməsinə,həmçinin yaşadığı mənzilə binanın dam örtüyündən axan yağış sularının qarşısının alınmasına, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına, arvadının körpələr evi-uşaq bağçasında münasib işlə təmin olunmasına köməklik göstərilməsini xahiş etdilər.
    Şəhər İcra Hakimiyyətinin başçısı bütun bu problemlərin həlli üçün müvafiq qurumlara öz tapşırığını verdi.
    Daha sonra   Şəhər İcra Hakimiyyətinin başçısı 01, 02, 05,14,15 və 18  nömrəli çoxmərtəbəli yaşayış binalarında gedən əsaslı təmir işləri ilə yaxından tanış olmuşdur.

Keçidlər