Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan neofaşizm siyasəti

16 may 2020 | 16:00

 Heçkimə sirr deyil ki, Müasir Ermənistanda terrorçuluq və faşizm ideologiyası dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmişdir. Ermənistanın separatçı qüvvələri Vedibasarda, Göyçə mahalında, Qarabağda, Naxçıvanda 1918-1921-ci illərdə 10 minlərlə azərbaycanlını qətlə yetirmiş, 100 minlərlə insanlar torpaqlarında didərgin salınmışlar Böyük Vətən müharibəsində faşist Almaniyası ilə əlaqə yaratmış və 1942-ci ildə general Dro (Drastamat Kanayan) ilə birlikdə Vermaxt nəzdində hərbi birləşmənin formalaşmasında iştirak etmiş və sovet ittifaqına qarşı təxribatlar aparmış Qaregin Njdeyə (Qaregin Ter-Arutunyan) Yerevanın mərkəzində 6 metr hündürlüyündə heykəl ucaltmaqla, faşist cəlladı və canisini qəhrəmanlaşdırmışlar. Ermənistanın keçmiş və yeni rəhbərləri həqiqəti demək əvəzinə qəddarlığı və faşizmi təbliğ edir, Njde Ermənistanda milli və etnik zəmində nifrəti təbliğ edən nəzəriyyənin banisidir. Uydurma “Böyük Ermənistan” ideyasının müəlliflərindən biri olan qatı millətçi, cinayətkar Böyük Vətən müharibəsində də Hitler Almaniyasının tərəfini saxlayaraq sovet qoşunlarına və müttəfiqlərə qarşı döyüşmüşdür.
      Ermənistanın yeni rəhbərliyi də keçmiş sələflərinin ardınca faşizmə rəğbətini daim müsbət mənada vurğulamaqdan çəkinməmişdir. Müharibə illərində erməni faşisti Njdenin dediyi “Almanya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” sözləri Ermənistan hakimiyyəti tərəfindən bu gün də ermənilər tərəfindən yüksək qiymətləndirilir. Hitler Almaniyasında SS-ə xidmət göstərmiş və öldürülmüş erməni Nikolay Vartanoviç Paşinyanın nəvəsinin hazırda baş nazir olduğu ölkədə vətəndaşların fərqli düşünmələri mümkün deyildir. Belə görünür ki, Ermənistanın baş naziri Nikol Paşinyanın babası haqqında yayılan məlumatlar ona məlum olduğu üçün o faşizmə rəğbətini gizlədə bilmir. Paşinyanın babası döyüşdüyü Hitler Almaniyasının SS qoşunları tərəfindən işğal olunmuş ərazilərdə mülki əhalinin kütləvi şəkildə qəddarlıqla qətlə yetirilməsi ilə məşğul olmuşdur. Ermənistanın baş naziri Nikol Paşinyanın babsının nasist hakimiyyəti ilə əməkdaşlıq etdiyi barədə rüsvayçı faktlar ətrafında əsil qalmaqal yaşanır. Araşdırmalar  göstərir ki, Nikolay Paşinyan 1943-cü ildə Alman Vermaxtının erməni legionunda siravi rütbəsi ilə Qırmızı orduya qarşı döyüşlərdə ölmüşdür. Ona görədə Erməistanın baş nazirinin babasının faşistlərə xidmət etdiyinə görə o nasist əlaltılarını dəstəkləyir, Qaregin Njde, general Dro kimi faşistlərə və onların əlaltılarına rəğbət bəsləyir, ilahiləşdirir. Erməni legionunun işi indi də  davam etdirilir, çünki analoji işğalçı korpus Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərir. Faktlar göstərir ki, Vermaxtın erməni legionunun fəaliyyətinə Ermənistanın əvvəlki və indiki hakimyyətləri tərəfindən bəraət qazandırılır. Bu təkzib olunmaz faktdır, çünki Sarkisyan Njdenin abidəsinin açılışında iştirak etdi, Paşinyan isə Qaregin Njdeni Ermənistanın qəhrəmanı olduğunu dəfələrlə bəyan edib.
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən il “Valday” beynəlxalq diskussiyası klubunun XVI illik toplantısında, eləcə də MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində çıxışı zamanı 25 ildən çoxdur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 rayonun erməni işğalı altında olduğunu diqqətə çatdırmış və Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlara əsaslanaraq ifşa etmişdir. “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə işğalçı dövlətə tutarlı cavab vermişdir.
        Erməni cəmiyyətinin faşizmə meyillənməsi halları mütəmadi olaraq müşahidə edilir. Hətta onların müasir dövrümüzdə Azərbaycan xalqına qarşı 1988-ci ildən başlayaraq soyqırım törətməsi, etnik təmizləmə aparması nəticəsində Qərbi Azərbaycanda, Dağlıq Qarabağda və onun ətrafındakı rayonlarda azərbaycanlılar yaşayan kəndlər, qəsəbələr, şəhərlər işğal olunmuş, XX əsrin ən qanlı hadisələrindən olan “Xocalı soyqırmı” törədilmişdir. İşğal olunmuş ərazilərdə mülki şəxslərin kütləvi qırğını qəddarlığına görə Hitler Almanyasının SS qoşunu tərəfindən aparılan qırğınlarla üst-üstə düşmüşdür. Bu məsələlərdə Ermənistanın keçmiş rəhbərləri Robert Koçaryan, Serj Sarkisyan özlərinin əziz sələfləri Stepan Şaumyandan, qulağıkəsik Andronikdən və digər erməni daşnaqlarından heçdə geridə qalmayıblar.
      Osmanlı imperiyasında anadan olan bədnam Andranik bir müddət “Qncak” partiyasının, sonra isə terrorçu “Daşnaksütun”un üzvü olub və cinayət əməllərinin əlifbasını da bu şovinist qurumlarda öyrənməyə başlayıb. 1880-ci illərdə Andranik Osmanlı dövlətinə xəyanət etdiyi üçün cəza kimi onun qulağını kəsirlər, bundan sonra ona xalq arasında “birqulaqlı Andranik”, “qulağı kəsik andranik” deyirlər. Andranik həmin dövrdə Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur və Osmanlı dövlətinin dağılması üçün əlindən gələni əsirgəmir.
    1914-cü ilin avqustunda Andranik Rusiyanın Qafqaz ordusunun komandanı general Aleksandr Malışayevski ilə görüşür və rus ordusuna öz xidmətlərini təklif edir. Rus ordusu Andranikə erməni hərbi dəstələrini formalaşdırmağı tapşırır.
       1917-ci il iyulun 19-u türk ordusu Naxçıvanı və Culfanı tutur, Andranik Zəngəzura qaçır. Zəngəzurda Andranikin rəhbərlik etdiyi silahlı dəstələr Azərbaycan kəndlərini dağıtmaqla məşğul idilər. Bu kəndlərin əhalisi kütləvi şəkildə öldürülür, diri-diri yandırılırdı. Tarixdən göründüyü kimi erməni şovinistləri azərbaycanlılara qarşı cinayətləri kütləvi şəkildə 1905-1907, 1918-1920, 1930-cu, 1948-1952, 1988-1993-cü illərdə törətmişdirlər. Onlar bu cinayət əməllərini Azərbaycan xalqına qarşı bu gün də davam etdirirlər.

Möhübbət Bədəlov
Naftalan ziyalısı

Keçidlər