Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə Naziri Naftalanda vətəndaşları qəbul etmişdir

08 fevral 2014 | 16:00

Fevralın 7-də ədliyyə naziri Fikrət Məmmədov Naftalan şəhər Heydər Əliyev Mərkəzində Naftalan, Mingəçevir, Yevlax şəhərlərində, eləcə də Goranboy, Tərtər və digər rayonlarda yaşayan vətəndaşların, habelə Xocalı şəhərindən olan məcburi köçkünlərin qəbulunu keçirmişdir.
     Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdır.
     Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
     Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilmişdir.
     Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi üçün tapşırıqlar verilmişdir.

Keçidlər