Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə gedən iqtisadi islahatlar Naftalanda əhali tərəfindən yüksək qiymətləndirilir

13 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev dünyada tüğyan edən pandemiya ilə mübarizə şəraitində də genişmiqyaslı islahatlar aparılmasını davam etdirir. Eyni zamanda pandemiyaya qarşı mübarizə şəraitində insanlarımızın həyat və sağlamlıqlarının qorunması ilə bərabər iqtisadiyyatımızın qorunması üçün də geniş tədbirlər həyata keçirir. Koronavirus nəticəsində çətinliklərlə üzləşən özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketləri təqdim etmişdir. Möhtərəm Prezidentin qayğısı nəticəsində xidmət və digər sahələrdə çalışan minlərlə aztəminatlı ailələrə maddi yardım verilməsinə köməklik göstərildi. Hətta bank kreditlərini gecikdirmə ilə ödəyən insanlarımıza güzəştlərin edilməsi üçün çox mühüm qərarlar qəbul edildi. Bütün bunlar isə insan amilinə yüksək həssaslıq nümunəsidir. Ölkəmizdə bütün sahələrdə aparılan islahatlar nəticəsində xalqımızı xoşbəxt günlərin davam edəcəyi gözləyir. Təkcə 2019-cu ildə aparılan iqtisadi islahatlar nəticəsində ölkəmizdə əmək haqqı və pensiyaların artırılması bir daha göstərir ki, xalqımız Ümummilli liderin layiqli siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük iqtisadi nəticələr qazanılacaqdır. İqtisadi islahatların davamlı aparılması gələcək nəsillərimizin də xoşbəxt yaşamasına, qurub yaratmasına, yüksək elmi naliyyətlər qazanmasına geniş yol açacaqdır.
     Ölkəmizin iqtisadiyyatı yüksəldikcə müdafiə qüdrətimiz də artacaq, beləliklə də sülh yolu ilə olmasa da hərb yolu ilə işğal olunmuş torpaqlarımız azad ediləcək, məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdacaqlar.
    Prezidentimiz islahatların həyata keçirilməsi ilə yanaşı rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə aparılmasını da ön plana çəkmişdir. Humanist çağırışlara, xoşagəlməz hallara son qoyulması haqqında verilmiş tapşırıqlara, tənqidlərə məhəl qoymayanlara qarşı çox sərt və qətiyyətli addımların atılmasına gətirib çıxardı. Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayonlarının keçmiş başçıları onlara göstərilən yüksək etimaddan sui-istifadə edərək korrupsiya cinayətləri törətdilər. Möhtərəm Prezidentin “Biz birlikdə güclüyük” şüarına qoşularaq gözəgörünməz düşmənə -  koronavirus təhlükəsinə qarşı mübarizə aparmaq əvəzinə yerlərdə xalq-iqtidar birliyini pozmağa və təhsil, səhiyyə, maliyyə, sahibkarlıq sahələrinin hər birini korrupsiya bataqlığına çəkmişdilər.
      Ali Baş Komandan Siz ölkəmizdə çox geniş iqtisadi və kadr islahatı apardığınız, xalqımızın sağlamlığı, sosial rifahı üçün bütün qüvvələri səfərbər etdiyiniz bir zamanda koronavirusla mübarizə ilə bağlı ölkəmizdə gördüyünüz qabaqlayıcı tədbirlərlə xalqımızı böyük fəlakətdən xilas etdiniz. Cənab Prezident ölkəmizin iqtisadiyyatını yüksəltməklə yanaşı Siz hər zaman vətəndaşların yanında olub onların sevincinə və kədərinə şərik çıxmısınız.
     Şəhərimizin bütün sakinləri, ziyalılar Sizi daimi dəstəkləyir və ümid edirik ki, Siz xalqımızı bu virus bəlasından da çıxaracaqsınız.
        Ulu Tanrı Sizi qorusun!


                                                                                                                     Ədilova Bəsti Möhtəsim qızı                                                                                        Naftalan şəhəri İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi “Tərəqqi” medalçısı

Keçidlər