Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə aparılan islahatlar uğurla davam edir

12 may 2020 | 16:00

Möhtərəm Prezidentimiz, Ali Baş komandanımız  cənab İlham Əliyev  əhalinin rifahı, firavan yaşaması, xoş gələcəyi üçün böyük işlər görür, məqsədyönlü siyasət həyata keçirir. Hətta bu çətin dönəmdə, koronavirus infeksiyasının qarşısının alınması və yoluxanların müalicəsi işlərini  bilavasitə nəzarətdə saxlayır.
     Öz davranışı və atdığı addımlarla böyük nümunələr sərgiləyir. İdarəçiliyə cəlb etdiyi insanlardan da tələbi əhali ilə normal rəftar etmələri, onlara həvalə edilən işləri vicdan və şərəflə yerinə yetirmələridir.
    Bu gün əhalinin dövlət başçısından razılığı şübhəsizdir. Amma sirr deyil ki, bəzi məmurların yarıtmaz fəaliyyəti nəticəsində onlarla əhali arasında  problem yaşanır. Bu da əhalinin narazılığına səbəb olur. Ona görə də son vaxtlar bununla bağlı ciddi tədbirlər həyata keçirilir.
      Dünyanın pandemiya təhlükəsi qarşısında aciz qaldığı bir dönəmdə ölkəmizdə müşahidə olunan müsbət tendensiyaya və doğma Naftalanımızda koronavirusa qarşı aparılan işlərə, səliqə-səhmana, əmin-amanlığa görə ölkə başçımız cənab İlham Əliyevə öz ailəm adından, eləcə də bir şəhər ağsaqqalı kimi sonsuz məhəbbətimi və dərin minnətdarlığımı bildirirəm.

  Naftalan şəhər sakini Camaləddin Yusifov

 

 

Keçidlər