Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Azercell Telekom MMC” tərəfindən ailə başçısını itirən sosial müavinət alan ailələrə yardım edilib

06 may 2020 | 16:00

    Cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək verən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və  Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan “Azercell Telekom MMC” ailə başçısını itirən sosial müavinət  alan  ailələrə yardım edib.
         Ərzaq məhsullarından ibarət sovqatlar Şəhər İcra Hakimiyyətinin, DSMF-nin Naftalan şəhər şöbəsinin əməkdaşları və Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının könüllülərinin iştirakı ilə  qeyd olunan kateqoriyadan olan 30 ailələnin ünvanına çatdırılıb.
     Vətəndaşlar göstərilən diqqət və qayğıya görə, eləcədə, ölkəmizdə və Naftalanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması  məqsədi ilə görülən  tədbirlərə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin  minnətdarlıqlarını  bildiriblər.

 

Keçidlər