Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən “Biz Birlikdə Güclüyük” layihəsi çərçivəsində Naftalanda aztəminatlı ailələrə ərzaq yardımları davam edir

05 may 2020 | 16:00

 Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə dövlət tərəfindən görülən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirdiyi layihə çərçivəsində Naftalan şəhərində aztəminatlı və digər həssas kateqoriyadan olan bir qrup ailələrə ərzaq sovqatları paylanılıb.
    Sovqatların “bizbirlikdegucluyuk.az” portalına və 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında ünvanlara çatdırılması təmin edilib.
     Sovqat alan ailələr hər zaman olduğu kimi, bu çətin anda da onlara göstərilən xüsusi diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər