Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videokonfrans keçirib

03 may 2020 | 03:00

 Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhər və kənd  inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə videokonfrans keçirib. Mövzu Naftalanda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimi ilə əlaqədar qaydaların tətbiqinə nəzarət, həmçinin yerlərdə vəzifə borclarının icrası ilə bağlı vəziyyət və digər məsələlər olub.
      Şəhər rəhbəri ilk növbədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərə toxunub. Bildirib ki, möhtərəm Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı altında Heydər Əliyev Fondu tərəfindən başlanılmış ərzaq yardımı aksiyasına Naftalan şəhəri də qatılıb. Aksiya şəhərdə xüsusi rejimin tətbiq olunduğu ilk günlərdən indiyə qədər həyata keçirilir. Sovqatlar aztəminatlı ailələr,əlil və ağır xəstəliklərdən əziyyət çəkən sakinlər, həmçinin ahıl insanlar üçün təşkil olunub.
      Sonra xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərə toxunulub. Yeni qərarda nəzərdə tutulan qaydaların inzibati ərazi dairələrində əhaliyə çatdırılması barədə göstəriş verilib. Xüsusi rejimlə əlaqədar saxlanılan tələblərin, xüsusən də sanitar-epidemiloji tədbirlərin icrasına nəzarəti daha da gücləndirmək tapşırılıb.Sakinlər ilə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq və vaxtında tədbirlər görmək barədə də göstərişlər verilib.

 

Keçidlər