"2 fevral-Gənclər günü" qeyd olundu.
01 fevral 2014-cü il tarixdə Naftalan şəhərində "2 fevral-Gənclər günü" münasibətilə tədbir keçirilmişdir. Gənclər ilk olaraq ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda dahi öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə çiçək düzüblər.
Heydər Əliyev Mərkəzində baş tutan tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov ŞİH Başçısıı adından naftalanlı gəncləri təbrik edib, onlara uzun ömür, can sağlığı və Azərbaycanın çiçəklənməsi naminə uğurlar arzulayıb.
Daha sonra qeyd etdi ki, xalqın gələcəyini müəyyən edən və cəmiyyətdə əhəmiyyətli çoxluğa malik olan əhali qrupu kimi gənclərin ehtiyaclarının dolğun ödənilməsi məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Sonra YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev çıxış edərək bildirib ki, görkəmli dövlət xadimi, Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də onun ölkənin ali rəhbərliyinə qayıtdıqdan sonra dərhal sonra unudulmuş, başlı-başına buraxılmış gənclər siyasətinin canlandırması oldu. Hazırda bu siyasət cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Qeyd edilib ki, Azərbaycan gəncləri həmişə vətənə böyük sevgiləri, mənsub olduqları xalqa dərin sədaqəti ilə fərqləniblər. Müstəqillik tariximizin ən şanlı səhifələri məhz gənclərin adı ilə bağlıdır.
Sonda şəhərin ictimai-siyasi həyatında fəallıqları ilə seçilən gənclərin bir qrupuna diplomlar və Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş gənclərə isə partiya vəsiqələri təqdim edilib.