SOCAR Naftalanda yaşayan aztəminatlı ailələrə dəstək olub
Cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək verərək SOCAR tərəfindən Naftalan şəhərində, şəhərin Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərində tənha yaşayan ahıllara, aztəminatlı, qayğıya ehtiyacı olan ailələrə və şəhid ailələrinə yardım edilib.
Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ərzaq məhsullarından ibarət sovqatlar qeyd olunan kateqoriyadan olan 500 ailənin ünvanına çatdırılıb.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə, eləcə də ölkəmizdə və Naftalanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə görülən tədbirlərə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.