Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər Uşaq Musiqi Məktəbi karantin rejimində sosial tədbirlərə qoşulub

25 aprel 2020 | 16:00

 Ölkəmizdə  koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması   ilə əlaqədar tətbiq  edilmiş sosial təcrid  şəraitində Naftalan Şəhər Uşaq  Musiqi Məktəbinin  müəllim  və şagird  kollektivi  öz  fəaliyyətlərini  internet  vasitəsilə onlayn davam  etdirirlər.Distant  dərs tədris  edərək videoyazılar  həm fərdi ,həm də qrup şəklində  aparılır.
        Bundan  başqa,  məktəbin  müəllimləri “Evdə qal,  təhsilsiz  qalma”, ”Evdə qal, musiqisiz qalma”, ”Evdə  mədəniyyətimizi yaşadaq, mədəniyyətimiz birlikdədir” və s. aksiyalara  qoşularaq yalnız karantin  dövründə  hazırlanmış video materiallar,  öz əl işlərindən  ibarət  sərgi, öz ifaçılıq və yaradıcılıq  qabiliyyətlərini  nümayiş  etdirən  videoçarxlar, Azərbaycan  və  xarici ölkə  bəstəkarlarının,eləcə də mədəniyyət və incəsənət  xadimlərinin həyat  və yaradıcılığını  əks  etdirən  slaydvideolar  tərtib  edilərək  məktəbə  təqdim edirlər.
      2020-ci ilin aprel-may aylarında videoyazılar  əsasında  keçirilən  “Mədəniyyətimizi  virtual məkanda  tanıdaq”  adlı  Respublika  müsabiqəsinə  biz də  qoşulmuşuq.

#Evdəqal

Videoya bu şəkil üzərindən baxa bilərsiniz.

Keçidlər