Şriftin ölçüsü :

Saytın rəngi :

“Naftalan Sağlamlıq Mərkəzi” MMC aztəminatlı ailələrə yardım edib

21 aprel 2020 | 16:00

   Ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək verən və Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan “Naftalan Müalicə Sağlamlıq Mərkəzi” MMC bu günlərdə birlik, nümayiş etdirib.
      Şəhər İcra Hakimiyyətinin və “Naftalan Sağlamlıq Mərkəzi” MMC-nin əməkdaşları tərəfindən ərzaq məhsullarından ibarət sovqatlar qeyd olunan kateqoriyadan olan 40-dan çox tənha yaşayan, aztəminatlı, qayğıya ehtiyacı olan ailənin ünvanına çatdırılıb.
    Vətəndaşlar göstərilən diqqət və qayğıya görə, eləcədə, ölkəmizdə və Naftalanda koronavirus  infeksiyasının  yayılmasının  qarşısının  alınması  məqsədi ilə görülən  tədbirlərə  görə  möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin  minnətdarlıqlarını  bildiriblər.

 

Keçidlər