Naftalan Şəhər İcra Hakimiyyəti və Millət vəkili tərəfindən aztəminatlı ailələrə yardım olunub
18 aprel 2020 | 16:00
Koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, Naftalan şəhərində profilaktik tədbirlərlə yanaşı, eyni zamanda sosial tədbirlərdə həyata keçirilir.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan və tənha yaşayan vətəndaşlara yardım edilib.
Müxtəlif ərzaq məhsullarından və tibbi ləvazimatlardan (tibbi spirt, maskalar və əlcəklər) ibarət bağlamalar Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sahiblərinə çatdırılıb.