Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində 20-Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir

21 yanvar 2014 | 16:00

 

  20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü münasibətilə Respublikamızın bütün bolgələrində olduğu kimi Naftalan şəhərində də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş geniş anım tədbiri  keçirilmişdir.
    Tədbirdə şəhər rəhbərliyi, hüquq-muhafizə orqanlarının əməkdaşları,səhiyyə və təhsil işçiləri,həmçinin şəhər ictimayətinin nümayəndəri iştirak etmiş, “Xatirə kompleksi” ziyarət edilmiş, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının abidəsi önünə əklil və gül dəstələri qoyulmuşdur. Daha sonra şəhidlik zirvəsinə yüksəlmiş insanlarin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Tədbirdə 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəbləri və ağır mənəvi, psixoloji və sosial nəticələri barədə ətraflı məlumat verildi. Eyni zamanda bildirildi ki, ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verilmişdir. Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaqdır. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə qəlbimizdə uca tutulacaqdır.     
    Tədbirin sonunda şəhidlərin xatirəsinə dualar oxunmuşdur.

Keçidlər