Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə daha bir layihə “Şəfalı həyat”

15 aprel 2020 | 05:00

 Naftalan şəhərində əhalinin maarifləndirilməsi, əhali arasında koronavirusa yoluxma hallarını minimuma endirmək və evdə keçirilən vaxtdan səmərəli istifadə edilməsi məqsədilə evdəqal aksiyasına dəstək olaraq müxtəlif maarifləndirici  sosial tədbirlər görülür və video-çarxlar hazırlanır.
     Koronavirus (COVİD-19) pandemiyası ilə necə mübarizə edək, əhali arasında xəstələnmə hallarının minumuma çatdırılması, immunitet sisteminin gücləndirilməsi və digər faydalı məsləhətlər ala biləcəyimiz  “Şəfalı həyat” adlı layihə təşkil ediləcəkdir.
      Layihə Azərbaycan Televiziyasının “Sağlam ol” verilişinin aparıcısı, həkim dietoloq Şəfa Yadigarovanın təqdimatında həftənin II, IV və VI günləri saat 13:00-da keçiriləcəkdir.(Naftalan Şəhər İcra Hakimiyyətinin facebook, instagram səhifələrində və youtube kanalında izləyə bilərsiz.)
      
          #Evdəqal

                                                                       “Şəfalı həyat”- Video-1

 

Keçidlər