Şriftin ölçüsü :

Saytın rəngi :

Litva Turizm Departamentinin nümayəndələri Naftalanda.

16 yanvar 2014 | 16:00

 

     15 Yanvar 2014-cü il tarixdə   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən Tvinniq layihəsi çərçivəsində Litva Turizm Departamentinin direktoru Raymonda Balniene, Litva Turizm Departamentinin direktor   müavini Youzas Raquskas və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Sektor müdiri Qəhrəmanov Mahir Kamandar oğlundan ibarət nümayəndə heyəti Naftalan şəhərinə səfər etmişdir. Səfərin məqsədi  Naftalan şəhərinin turizm imkanlarının qiymətləndirilməsi və təhlillərin aparılması olmuşdur. Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov nümayəndə heyəti ilə görüşmüş və  Naftalan şəhərində turizm sahəsində görülən işlər, şəhərimizin turizm potensialı ilə bağlı qonaqlara ətraflı məlumat vermişdir.
     Daha sonra qonaqlar Naftalan şəhərini gəzmiş, onun turizm imkanlarını yaxından oyrənmək üçün şəhərdə fəaliyyət göstərən “Chinar Hotel & Spa Naftalan”, “Şirvan –N” MMC-nin Qaşaltı sanatoriyası filialı,   “ Naftalan Müalicə və Sağlamlıq Mərkəzi “ MMC sanatoriyalarında yaradılmış şəraitlə və xidmət sahələri ilə yerində tanış olmuşlar.
    Sonda “Chinar Hotel & Spa Naftalan” sanatoriyasında Naftalan şəhərində fəaliyyət göstərən kurort-sanatoriya müəssisələrinin rəhbərləri ilə regionda turizmin və sanatoriya kurort sisteminin inkişafı və gələcək perespektivləri mövzusunda dəyirmi masa keçirilmişdir.

Keçidlər