Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisin deputatı Anar Məmmədov: Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi

10 aprel 2020 | 09:00

      Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının təmin olunmasına və müdafiəsinə  diqqətlə  yanaşan  Azərbaycan hakimiyyəti  cəmiyyətdə humanizm ənənələrinin  təşəkkül  tapmasına  və  möhkəmlənməsinə  də   hər zaman   həssaslıqla  yanaşmışdır.  Məhz Ümummilli  lider  Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra demokratikləşmə ilə yanaşı, cəmiyyətimizin bütövlüyünə xidmət edən humanizm ənənələrinin təməli qoyulmuşdur. Azərbaycanda Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdən başlayaraq humanizm siyasəti daim davam etdirilir. Heydər Əliyev hakimiyyətə gələn kimi ölüm hökmünə moratorium qoydu. O dövrdən başlayaraq heç kimə ölüm hökmü tətbiq olunmadı və sonradan ümumiyyətlə ölüm hökmü ləğv edildi. Ulu öndərin dövründə də, cənab Prezident İlham Əliyevin dövründə də dəfələrlə amnistiya və əfv sərəncamları imzalanıb ki, bu aktlar da xeyli sayda insana şamil olunub. Çünki Heydər Əliyevin siyasətində həmişə humanizm prinsipi əsas prioritet olub və bu gün də o prinsiplər davam etdirilir.
       Bu gün isə növbəti əfv Sərəncamının yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65 - dən yuxarı olan 176 nəfər insana şamil olunması Azərbaycan vətəndaşının sağlamlığına və təhlükəsizliyinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Çünki Azərbaycan hökuməti hər zaman öz vətəndaşının yanında olur, insan amilini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır.
        Ölkə baçşısının son əfv Sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi. Hər zaman penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza üsullarının tərəfdarı olan İlham Əliyev bir daha göstərdi ki, həyata keçirdiyi siyasətə bütün hallarda sadiqdir. Bu Sərəncamla əfv olunanlar isə dövlətin onlara etimadını doğrultmalı, azadlığın qədrini qiymətləndirməli, layiqli vətəndaş kimi cəmiyyət həyatına öz töhfələrini verməlidirlər.

Keçidlər