Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən bir qrup əlil və ahıl insanlara yardım olunub
Koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, Naftalan şəhərində profilaktik tədbirlərlə yanaşı sosial tədbirlərdə həyata keçirilir.
Naftalan Şəhər İcra Hakimiyyətinin əməkdaşları tənha yaşayan ahıl vətəndaşların və bir qrup əlilin evinə baş çəkib, onlara ərzaq və tibbi ləvazimatlar (tibbi spirt, maskalar və əlcəklər) yardımı və kommunal xidmətlərin ödənilməsinə köməklik göstəriblər.
Görüşlərdə vətəndaşlara infeksiyanın sürətlə yayılma riski və törədə biləcəyi fəsadlar barədə ərtaflı məlumatlar verilib, onlardan xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri tövsiyyə edilib.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə, eləcədə, ölkəmizdə və Naftalanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə görülən tədbirlərə görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.