Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi gücləndirilmiş iş rejimində davam etdirilir

08 aprel 2020 | 04:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Naftalan şəhərində  xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir.
    Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhər  Polis şöbəsinin rəisi Zaur Bədəlovla şəhər ərazisində olaraq karantin rejiminin və şəhərdə giriş-çıxışın məhdudlaşdırılması məqsədi ilə yaradılmış postlarda mövcud durum ilə  maraqlanıb.
    Vətəndaşlara bir daha karantin rejiminin qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb.Həmçinin Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə sakinlərə dəst olaraq-tibbi spirt, maska və əlcək paylanılıb.

 

Keçidlər