31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il təntənə ilə qeyd olundu.
Naftalan şəhərində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təntənəli ümumşəhər tədbiri keçirildi. Tədbiri giriş sözü il açan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı Fərmanla 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - Dünya Azərbaycanlıların Həmrəylik Günü elan olunub. O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq bayram edilir.
Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslaov 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə şəhər sakinlərini səmimi qəlbdən təbrik etdi və qarşıdan gələn 2014-cü ilin onlar üçün uğulu olmasını arzuladı.
Tədbir şəhər Mədəniyyət evinin kollektivinin hazırladığı bayram konserti ilə davam etdirilib. Tədbirin sonunda uşaqlar üçün bayram hədiyyələri verilib.