Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda 65 yaşdan yuxarı tənha şəxslərə evlərində sosial xidmət göstərilir

04 aprel 2020 | 16:00

  Azərbaycan Respublikasının Prezidenti cənab möhtərəm İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizdə koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilməsi ilə əlaqədar olaraq, Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi bütün tədbirlərin şəhər ərazisində həyata keçirilməsi ciddi nəzarətə götürülüb, sanitar-dezinfeksiya işlərinin aparılması təmin olunub, əhalinin maarifləndirilməsi işləri davam etdirilir.
         DSMF-nin Naftalan Şəhər Şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı tənha yaşayan şəhər sakinlərinə sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və başqa işlərdə gündəlik lazımi köməklik göstərilir. Bu günədək 65 yaşdan yuxarı tənha yaşayan şəhər sakini sosial xidmətə götürülüb və lazımi işlərdə koməklik göstərilib.

 

Keçidlər