Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələr evi-uşaq bağçasında Yeni il şənliyi.

29 dekabr 2013 | 16:00

 

Naftalan şəhər Körpələr evi-uşaq bağçasında 31 dekabr Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə şənlik keçirilib. Şənlikdə balacalar hazırladıqları müxtəlif rəqs nömrələrini nümayiş etdirib,  yeni ilə həsr olunan şerlər və şux mahnılar söyləyiblər.
    Bayram şənliyində diqqət çəkən məqamlardan biri də şənliyə Şaxta babanın  qatılması olub. Yeni ilin atributu sayılan Şaxta babanın uşaqlar ilə rəqsi, onlarla şəkil çəkdirməsi və uşaqlara gətirdiyi bayram hədiyyələrini paylaması uşaqların daha da sevincini artırıb.
     2 saata yaxın davam edən bayram şənliyi körpələrin rəngarəng rəqslərinin ahəngi ilə başa çatıb.

Keçidlər