"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya Naftalan şəhərində də yüksək fəallıqla davam etdirilir.
25 mart 2020 | 16:00
Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının könüllüləri bu nəcib aksiya çərçivəsində aztəminatlı ailələrin üzvlərinə, tənha və kimsəsizlərə tibbi spirt, maska, əlcək və digər tibbi ləvazimatlar paylayıblar. Onlar həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar