Naftalanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirlər davam etdirilir
25 mart 2020 | 16:00
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinin icrası ilə əlaqədar koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə kurort şəhəri Naftalanın ərazisində dezinfeksiya işlərinin aparılması üçün peşəkar işçilər və xidmət sahələri cəlb olunmaqla yaradılan müvafiq qruplar tərəfindən profilaktik dezinfeksiya işləri davam etdirilir.
Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, eləcə də gigiyenik qaydalar barədə vətəndaşlar mütəmadi olaraq məlumatlandırılır.