Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhəri ərazisində koronavirusla mübarizə ilə bağlı kütləvi profilaktik tədbirlər görülür

22 mart 2020 | 16:00

  Azərbaycan Respublikası Baş Nazirinin 16 mart 2020-ci il tarixli məktubunun icrası ilə əlaqədar karonavirus infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə Naftalan Şəhər İcra Hakimiyyətində  vətəndaşların qrup və fərdi surətdə qəbula gəlmələri təxirə salınaraq görüşlərin keçirilməsi müvəqqəti olaraq məhdudlaşdırılıb, yerlərdə səyyar görüşlərin keçirilməsi təxirə salınıb.
       Hazırda şəhər sakinləri tərəfindən Naftalan Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə və məsul şəxslərinə internet üzərindən və telefon rabitəsi ilə müraciətlərin edilməsi üçün İcra Hakimiyyətinin rəsmi saytında və facebook sosial şəbəkəsindəki səhifəsində yerləşdirilmiş əlaqə vasitələri təqdim edilmişdir. Vətəndaşlar heç bir probelm olmadan həmin elektron vasitələr və telefon rabitəsi ilə əlaqə saxlaya bilirlər.
      Şəhər sakinləri müraciətlərini eyni zamanda Naftalan Şəhər İcra Hakimiyyətinin rəsmi saytındakı elektron müraciətlər bölməsindən (www.naftalan-ih.gov.az) və rəsmi e-mail (mail@naftalan-ih.gov.az) vasitəsilə də birbaşa ünvanlaya bilirlər
       Naftalan şəhəri ərazisində koronavirusla mübarizə məqsədilə Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən müvafiq sərəncam imzalanmışdır. “Naftalan şəhəri ərazisində koronavirus infeksiyasına qarşı mübarizənin təşkil edilməsi haqqında” İcra Hakimiyyəti başçısının sərəncamına əsasən işçi qrupu yaradılmış və şəhər üzrə mübarizə tədbirlərinin təşkili İşçi qrupuna həvalə olunmuşdur.
       Naftalan şəhərində mütəmadi olaraq həyata keçirilən geniş miqyaslı tədbirlər sırasında ərazinin sanitar vəziyyətinin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi vacib yer tutur. Eyni zamanda turistlərin çox olduğu üçün həm də ictimai yerlərdə dezinfeksiya işləri mütəmadi olaraq aparılır.
      Şəhər ərazisində yerləşən bütün idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə Şəhər icra Hakimiyyətinin təşkilatçılığı ilə  şəhər Gigiyena və Epidemiologiya Mərkəzi və Dezenfeksiya idarəsi tərəfindən  genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilib.   Şəhərin tam orta məktəbləri, uşaq bağçası, idman və mədəniyyət obyektləri, marşrut avtobusları və dayanacaqlar, avtomobil yolları,banklar və bankomatlar tam dezinfeksiya olunmuşdur. 
       Həmçinin şəhərin ərazidəki konteyner meydançalarında yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə gəmiricilərə, həşəratlara və xəstəlik törədən mikroorqanizmlərə qarşı birdəfəlik kütləvi deratizasiya, dezinseksiya və dezinfeksiya işləri aparılır. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur.
      Hazırda şəhərin bütün çoxmənzilli yaşayış binalarının bloklarında, liftlərdə, şəhərin yolları xususi maye ilə yuyulur və dezinfeksiya işləri aparılır. Eyni zamanda əhali üçün binaların bloklarının giriş hissələrinə Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini əks etdirən elanlar vurulub.

 

Keçidlər