Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların nəzərinə!

21 mart 2020 | 16:00

                                                                       Vətəndaşların nəzərinə

                                                                          Hörmətli sakinlər!

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə  sizdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş tələblər çərçivəsində davranmanız xahiş olunur.
     Eyni zamanda sizlərdən özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və digər gigiyenik qaydalara əməl etmək tələb olunur.
    Sizləri şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.
   Xahiş edirik yaranacaq suallarınızı ŞİH-nin (naftalan-ih.gov.az) rəsmi saytında “Elektron müraciət” bölümünə, mail@naftalan-ih.gov.az elektron poçt ünvanına, facebook, instagram, səhifələrinə yönləndirəsiniz.

 Tel, Faks: (022) 352-14-37  Naftalan Şəhər İcra Hakimiyyəti
       Mob: (050) 291-93-90 Naftalan ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
   Mob: (050) 382-66-92 Naftalan ŞİHB-nin Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi

 

Keçidlər