İcra Hakimiyyətinin başçısı şəhər ağsaqqallar şurasının üzvləri ilə görüşüb.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov şəhər İcra Hakimiyyətində şəhər ağsaqqallar şurasının üzvləri ilə görüş keçirib.
Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı Respublikada, o cümlədən Naftalanda görülən işlər barədə görüş iştirakçılarını məlumatlandırıb. Görüşdə ağsaqqalların cəmiyyətdə tarixi missiyası, yeni dövrdə vəzifələri, yeri və rolu haqqında söhbət açılmışdır.
Ağsaqqallar şurasının nümayəndələri çıxış edərək ölkə rəhbərliyinin Naftalana olan diqqət və qayğısı nəticəsində şəhərdə aparılan tikinti-abadlıq işlərindən, insanları narahat edən sosial problemlərin uğurla həll edilməsindən danışıb və yeni inşa olunmuş Körpələr evi-Uşaq baxçasının fəaliyyətə başlamasının şəhər ictimaiyyəti tərəfindən sevinclə qarşılanmasını xüsusi vurğulayıblar. Həmçinin mənzillərin istilik sistemləri ilə təchiz olunduğuna görə bu işdə əməyi olan hər kəsə minnətdarlıq etdilər. Ağsaqqallar çıxışlarında görülməsi vacib olan məsələləri də diqqətə çatdırıblar.
Eyni zamanda onlar qeyd ediblər ki, bizlər xalqımızın görkəmli oğlu, dahi şəxsiyyət, Türk dünyasının ikinci Atatürkü Heydər Əliyevin qurucusu və memarı olduğu Azərbaycan dövlətinin müstəqilliyini onun siyasi kursunun varisi olan İlham Əliyevin başçılığı ilə daim qoruyacaq və dəstəyələyəcəyik. Biz bu şərəfli yolda, İlham Əliyevin yolunda cəmiyyətimizin bütün qüvvələrini, o cümlədən gənc nəsli birləşməyə çağırırıq.
Görüşə yekun vuran Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov dəyərli fikir və təkliflərə görə ağsaqqallara minnətdarlıq etmiş, onların arzu və təkliflərinin nəzərə alınacağını bildirmiş və qeyd etmişdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də ağsaqqallara daim böyük hörmətlə yanaşır, onların ictimai həyatda fəallığını təmin edir, yaşayış şəraitlərinin daha da yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir.