Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı və Millət vəkili Novruz bayramı münasibətilə şəhid ailələrini təbrik edib.

20 mart 2020 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Millət vəkili Anar Məmmədov  Novruz Bayramı münasibətilə görüntülü olaraq telefonla şəhid ailələrini təbrik etmiş, bu bayramın Azərbaycan xalqının ən əziz bayramı olduğunu bildirmiş, şəhidlərimizi, onların ailə üzvlərini hər zaman diqqət mərkəzində saxlamağın və şəhid adını uca tutmağın hər bir kəsin vətəndaşlıq borcu olduğunu vurğulamışlar. Daha sonra şəhər rəhbəri və Millət vəkili ölkəmizin ərazi bütövlüyünün qorunması naminə canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarına Tanrıdan rəhmət diləmişlər.
      Nümayəndələr tərəfindən şəhid ailələrinə bayram hədiyyələri təqdim edilmiş və bildirilmişdir ki, şəhid ailələrinin sosial vəziyyətinin və maddi rifahının yaxşılaşdırılması möhtərəm cənab Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.

 

Keçidlər