Kurort şəhəri olan Naftalanda kütləvi dezinfeksiya işləri aparılır
Naftalan şəhərində mütəmadi olaraq həyata keçirilən geniş miqyaslı tədbirlər sırasında ərazinin sanitar vəziyyətinin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi vacib yer tutur. Eyni zamanda turistlərin çox olduğu üçün həm də ictimai yerlərdə dezinfeksiya işləri mütəmadi olaraq aparılır.
Şəhər ərazisində yerləşən bütün idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə Şəhər icra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi və Dezenfeksiya idarəsi tərəfindən genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.
Həmçinin şəhərin ərazidəki konteyner meydançalarında yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə gəmiricilərə, həşəratlara və xəstəlik törədən mikroorqanizmlərə qarşı birdəfəlik kütləvi deratizasiya, dezinseksiya və dezinfeksiya işləri aparılır. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur.
Şəhərdə fəaliyyət göstərən tam orta məktəblərdə, məktəbəqədər təhsil müəssisəsində, Uşaq musiqi məktəbində, Uşaq Gənclər İdman məktəbində dezinfeksiya işləri başa çatdırılıb. O cümlədən sanatoriyalarda və digər təşkilatlarda işlər davam etdirilir.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |