Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

01 iyun 2026 | 15:18

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naftalan şəhər V.Namazov adına Körpələr evi-Uşaq bağçası və Naftalan şəhər 2 nömrəli Körpələr evi-uşaq bağçasında tədbir təşkil olunub.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova və məsul əməkdaşlar iştirak edib. Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

ŞİH başçısının müavini çıxış edərək bildirib ki, ölkəmizdə uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.

Digər natiqlər 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edərək, onlara cansağlığı, sağlam həyat, gözəl təhsil və xoşbəxt gələcək arzulayıblar. 

Tədbir uşaqların ifasında şən mahnılar, rəqslər ilə davam etdirilib.

Keçidlər