Şriftin ölçüsü :

Saytın rəngi :

1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

31 iyul 2026 | 14:27

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili Günü ilə bağlı "Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə ŞİH başçısının müavini Kəmalə Hüseynova, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları öncə dilimizin tarixi və inkişafı ilə bağlı kitablardan ibarət sərgiyə baxış keçiriblər.

Çıxış edən natiqlər, qeyd ediblər ki, Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvətlərdən biridir. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Qeyd olunub ki, Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Keçidlər