05 mart “Bədən Tərbiyəsi və İdman Günü”dür
Naftalan Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Naftalan şəhər Uşaq-Gənclər İdman məktəbinin birgə təşkilatçılığı ilə 05 mart “Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş "İdman və sağlamlıq" devizi altında idman tədbiri keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd gənclərdə sağlam həyat tərzini təbliğ etmək, idmana olan marağı artırmaqdan ibarətdir.
Tədbir zamanı ölkəmizdə idmanın inkişafına göstərilən dövlət dəstəyindən söhbət açılıb, idman yarışlarının gənclərin sağlam və vətənpərvər ruhda böyüməsinə şərait yaratdığı vurğulanıb. Bildirilib ki, idman təkcə fiziki güc deyil, eyni zamanda iradənin, əzmkarlığın mübarizliyin təzahürüdür.
Müxtəlif yaş kateqoriyalarından olan idmançılar futbol, cüdo, boks, atletika, şahmat kimi yarışlarda qüvvələrini sınayıblar. Yarışlar gərgin mübarizə və böyük coşğu ilə keçib.