01 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 01 avqust Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf strategiyası” mövzusunda tədbir keçirilib.
Tədbirdə ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, Şəhər Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar iştirak edib.
İlk olaraq Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçirilib, Ulu Öndərin Ana dilimiz haqında söylədiyi qiymətli fikirlərdən bəhs edən video material nümayiş etdirilib.
Tədbirdə Azərbaycan dilinin zənginliyi, ifadə imkanlarının genişliyi və səlistliyi barədə ətraflı söhbət aparılıb. Qloballaşma dövrünün mənfi təsirlərindən dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli Liderin səylərinin xalqımız üçün əvəzsiz töhfə olduğu, dil siyasətinin onun dövlət quruculuğu siyasətinin ayrılmaz tərkib hissəsi kimi mühüm rol oynadığı vurğulanıb.
Bildirilib ki, Möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi prosesini sürətləndirib və milli kitabxana fondunu zənginləşdirib. Azərbaycan dilinin və əlifbasının qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi bu günümüzün və gələcəyimizin ən vacib məsələlərindən biri olduğu qeyd edilib.















