Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mart ayının 15-də Naftalan şəhərində vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da Naftalan şəhərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “29 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Naftalan şəhəri “29 №-li Yol İstismarı”, Goranboy rayonu “23 №-li Yol İstismarı” və Xocalı rayonu “54 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.