Mayın 3-də Baş prokuror Tərtərdə vətəndaşları qəbul edəcək
2024-cü ilin may ayının 3-də saat 10:00-da Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyev tərəfindən Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, Ağdam, Bərdə, Xocalı, Goranboy rayon və Naftalan şəhər sakinlərinin qəbulu keçiriləcəkdir.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Tərtər rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.