Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyənlərin nəzərinə

20 may 2024 | 15:42

    Naftalan Şəhər İcra Hakimiyyətinin (bundan sonra İcra Hakimiyyəti) fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə İcra Hakimiyyəti yanında fəaliyyət göstərəcək İctimai Şuranın tərkibinin formalaşdırılması üçün Şuranın üzvlüyünə seçkilərin təşkili ilə bağlı 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
    Naftalan şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyənlər 21.05.2024-cü il tarixindən 20 iş günü müddətində İcra Hakimiyyətinin Şeçki Komissiyasına müraciət edə bilərlər.
    Müraciətə (əlaqə vasitələri, e-mail və digər zərurui məlumatlar qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları İctimai Şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:
• şəxsiyyət vəsiqəsinin surətini;
• namizədin tərcümeyi-halını;
• namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini;
    Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

Keçidlər