Şriftin ölçüsü :

Saytın rəngi :

Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığı

24 oktyabr 2024 | 17:13

Oktyabrın 25-i əsasən şərq rayonlarında, 26-da isə şimal və qərb  rayonlarından başlayaraq 27-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı  olacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 

Qərb küləyi  15-20 m/s, bəzi  yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin  bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Keçidlər