Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığı
04 noyabr 2024 | 17:42
Noyabrın 04-ü axşamdan 06-dək qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.
Noyabrın 05-i gündüzdən 06-sı gündüzədək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.