Şriftin ölçüsü :

Saytın rəngi :

Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığı

16 noyabr 2024 | 10:59

Noyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq 17-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir  yağıntılı olacağı, şimşək çaxacağı,  dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Qarabağ,  Şərqi-Zəngəzur və Lənkəran-Astara)  leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. 

Qərb küləyi  16-17-də arabir 15-20 m/s, 16-da bəzi yerlərdə arabir  25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Keçidlər