Şriftin ölçüsü :

Saytın rəngi :

Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığı

03 aprel 2024 | 12:13

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 04-də hava şəraitinin dəyişəcəyi, qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, səhər və gündüz ayrı-ayrı yerlərdə arabir 30-32 m/s-dək güclənəcəyi, şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, Qarabağ və Şərqi-Zəngəzur, Mərkəzi-aran, Dağlıq Şirvan, Quba-Qusar zonalarında yağıntıların intensiv olacağı ehtimalı var.

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı gözlənilir.

Keçidlər