Şriftin ölçüsü :

Saytın rəngi :

Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığı

29 mart 2024 | 12:46

Martın 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq 31-i səhərədək bəzi yerlərdə arabir yağıntı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Mərkəzi-aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyinin 15-20 m/s, 30-da gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Keçidlər