Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığı
14 mart 2024 | 14:18
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 15-i axşam şimal və qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, 17-si səhərədək fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir 15-18 m/s.
Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.