Şriftin ölçüsü :

Saytın rəngi :

Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığı

06 mart 2024 | 15:39

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra, martın 07-si dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, 09-u səhərədək qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Naxçıvan MR, Lənkəran-Astara) zonasında yağıntıların intensiv olacağı ehtimalı var.

Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Keçidlər