Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığı
13 fevral 2024 | 17:48
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 14-ü axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində havanın dəyişəcəyi, 18-i səhərədək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.
Qərb küləyinin 16-17-də arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 7-12° aşağı enərək,
16-17-də aran rayonlarında gecə 0-3° isti, gündüz 3-7° isti, dağlıq rayonlarda isə gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.