Şriftin ölçüsü :

Saytın rəngi :

Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığı

03 fevral 2024 | 14:45

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 06-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensivləşəcəyi ehtimalı var.

Fevralın 04-05-də əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 06-da isə əksər rayonlarda arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.

Keçidlər