Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığı
10 yanvar 2024 | 16:41
Yanvarın 12-si əsasən qərb rayonlarında, 12-si axşamdan 15-dək isə bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı ehtimalı var.
Qərb küləyi 15-20 m/s, 13-14-də bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, 14-15-də aran rayonlarında gecə 3-8° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 2-7° şaxta olacaq.
Yanvarın 14-15-də gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.