Şriftin ölçüsü :

Saytın rəngi :

Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığı

04 dekabr 2023 | 15:05

Dekabrın 05-i axşamdan 06-sı gündüzədək əsasən şərq rayonlarında,  06-sı axşamdan 07-si axşamadək isə əksər rayonlarda arabir yağış yağacağı gözlənilr.  Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Dekabrın 05-dən 06-sı səhərədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

Keçidlər